Elmi Şuranın iclası keçirilib
Aprelin 12-də AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İnstitutun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib. Vakant olan vəzifələri tutmaq üçün dərc olunmuş elana əsasən seçkilər keçirilib. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitabı (Elmi redaktor: AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, rəyçilər: siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, tarix elmləri doktoru, professor Qasım Hacıyev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, tarix elmləri doktoru, professor Şirxan Səlimov) və 03 may 2023-cü il tarixində keçiriləcək “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransının materialları çapa tövsiyə edilib. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.