31 Mart soyqırımı qurbanları yad edilib
Martın 30-da Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk olaraq soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı xalqımızın tarixində ən ağır və dəhşətli soyqırımlarından olan mart soyqırımının törədilməsinin səbəbləri və məqsədlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.
Sonra İnstitutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə və İnstitutun Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış edərək 1918-ci ilin mart ayında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsi, mədəniyyət və tarixi abidələrin məhv edilməsindən bəhs etdilər.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar