Elm günü ilə bağlı dəyirmi masa keçirilib
Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunan dəyirmi masa keçirilib. Giriş sözü ilə çıxış edən İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilk öncə alimləri və tədqiqatçıları Elm günü münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar şəraitində qafqazşünas alimlər qarşısında dayanan vəzifələr barəsində danışıb. BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev “Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin əsas problemləri” mövzüsünda məruzə edib. O qeyd edib ki, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyətlə bağlı ağır problemlər mövcuddur və böhran hökm sürür. Azərbaycan isə dinamik inkişaf yolunda inamla irəliləyir, Prezident İlham Əliyev regionda sülh təşəbbüsləri ilə çıxış edir, milli maraqları bütün səviyyələrdə qətiyyətlə qoruyur, mövcud problemlərin həllinə istiqamətlənmiş addımlar atır. Sonra müzakirələr olub. Dəyirmi masa iştirakçıları İnstitutun elmi-təşkilati fəaliyyətinə dair sərgi ilə tanış olmuşlar.