Elmi Şuranın iclası keçirilib
Yanvarın 31-də AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdəki nitqi və AMEA-nın vəzifələri haqqında AMEA Rəyasət Heyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA) tam səsvermə hüququ olan üzv qəbul edilməsi haqqında AMEA Rəyasət Heyətinin 29 dekabr 2022-ci il tarixli 23/3 və 23/7 saylı qərarları ilə Elmi Şura üzvlərini tanış edib. Həmçinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər planı”nın təsdiq edilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarı, AMEA Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklərin edilməsi, elmi-tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında qərarlarla Şura üzvləri məlumatlandırılıb. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.