20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa
Yanvarın 19-da AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsinə həsr edilmiş onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun icraçı direktoru, siyasi elmlər doktoru Ramilə Dadaşova açıb. 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib və onu azadlıq hərəkatının ən yüksək zirvəsi kimi qiymətləndirib.İnstitutun elmi katibi psixologiya üzrə fəlsəfə doktoru, dos. Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dos. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dos. Elnur Kəlbizadə, Şimali Qafqaz şöbəsinin müdiri dos. Liliya Mirzəzadə, Samirə Həbibbəyli çıxış edərək 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycanın xalqının şanlı tarixinin, istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər. Bildiriblər ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərin də qəlbində bir qürur mənbəyi olaraq yaşayacaqlar.