“Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı
AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASI
QAFQAZŞÜNASLIQ İNSTİTUTU
“Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı
3 may 2023-cü il
Konfransın bölmələri:
- Heydər Əliyev və Qafqazda dövlətlərarası münasibətlər;
- Heydər Əliyev və Qafqazda enerji, kommunikasiya layihələri;
- Qafqazda münaqişələrin həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti;
- Heydər Əliyev və Qafqazda təhlükəsizlik məsələləri.
Məruzə tezislərinin hazırlanması və göndərilməsi:
- Microsoft Word A4 ölçüdə 1 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
- Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;
Tezislərin son təqdimetmə müddəti 28 fevral tarixinə qədərdir.
Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən tezislər baxılmadan geri qaytarılacaqdır.
Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.
Konfransın dəqiq tarixi haqqında əlavə məlumat veriləcəkdir.
Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu. Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, IV mərtəbə, 445-ci otaq.
Tel: +994 12 539 89 55. E-mail: konfrans2023@gmail.com
Əlavə məlumat üçün www.caucasusstudies.az