Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Moskvada Forumda iştirak edib

18-21 dekabr tarixlərində Moskva şəhərində Rusiyanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən təşkil olunan  “Gənc alimlər – MDB-nin gələcəyi” adlı forum keçirilib. Forumda 18-35 yaş arası Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdən gənc alim və mütəxəssislər iştirak ediblər. Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Musayeva da Forumda iştirak və çıxış edib. Forum çərçivəsində praktik məşğələlər sessiyaları keçirilib, elm-təhsil ocaqları ziyarət edilib, MDB ölkələrindən gənc alimlərin əmədaşlığına dair işçi qruplarda müzakirələr aparılıb və təkliflər irəli sürülüb.


Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir