Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa

Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ulu öndərin müasir Azərbaycan dövlətinin  qurucusu olmasından, sovet dövründə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyəti və hüquqları məsələsinə dair fəaliyyətindən bəhs edib.

 İnstitutun icraçı direktoru, s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, t.ü.f.d.,dosent Elnur Kəlbizadə, Günel Musayeva, Ümummilli Liderin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü işlərdən, Qafqaz siyasətindən bəhs ediblər.


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir