“Şuşa ili”nə həsr olunmuş elmi konfrans
AMEA Qafqazşünaslıq İnstitutu 03 noyabr tarixində “Şuşa ili”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirib. Konfransda ölkənin 81 nəfər alim və tədqiqatçısının 44 günlük Vətən müharibəsi, qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, ictimai-siyasi proseslər, böyük və qonşu dövlətlərin region siyasəti, Cənubi Qafqazda Şuşa şəhərinin yeri və b. problemlərə həsr edilmiş 80məruzəsi 8 bölmə iclasında müzakirə edilib.
Fasilədən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib və sonda yekun dəyərləndirmə aparılıb.
Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 6 respublika konfransı keçirib. Elmi məruzələr və tezislər nəşr edilib. Alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutda 2elmi istiqamət üzrə, 2 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılır.
İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.