Zəfər Gününə həsr olunmuş dəyirmi masa

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı alim və tədqiqatçıları Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. 

İnstitutun şöbə müdiri, t.ü.f.d. Günel Musayeva “Böyük Zəfər və Cənubi Qafqazda reallıqlar” mövzusunda geniş məruzə edib. O, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin səbəblərini, region və  dünya üçün əhəmiyyətini dərindən təhlil edib.

  Daha sonra İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış ediblər.



Bölmələr: Xəbərlər / Elmi seminarlar / Dəyirmi masalar

Rəy bildir