Anım Gününə həsr olunmuş dəyirmi masa


Sentyabrın 26-da AMEA Qafqazşünaslıq İnstitutunda 27 sentyabr-Anım Gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanı elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Geniş məruzə edən M.Qasımlı müharibənin başlanmasının səbəblərini, qələbəyə aparan yolu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində regionda yaranan yeni geosiyasi şəraiti təhlil edib.

İnstitutun icraçı direktoru s.e.d., dosent Ramilə Dadaşova, elmi katib p.ü.f.d., dosent Südabə Hüseynova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, Günel Musayeva torpaqlarımızın işğaldan azad olunmasının dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildiriblər. 




Bölmələr: Xəbərlər / Dəyirmi masalar / Xəbər arxivi

Rəy bildir