“Qafqazşünaslıq” jurnalının yeni sayı çapdan çıxıb.
AMEA Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində 9 alim və tədqiqatçının məqaləsi dərc edilib. Nəşrdə, Emin Şixəliyevin “İkinci Qarabağ müharibəsində Rusiya Federasiyasinin mövqeyi”, Şərqiyyə İmaməlinin “Ermənistanda sosial-iqtisadi vəziyyət”, Ayaz Hacıyevin “Azərbaycanda davamlı inkişafın təmin edilməsində innovativ texnologiyaların tətbiqi”, Çinarə Səfərovanın “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkiyə-Gürcüstan əməkdaşlığı”, Günay Feyziyevanın “Krasnodar diyarında erməni icması”, Lamiyə Axundovanın “Neft-qaz ixrac edən dövlətlərin enerji təhlükəsizliyi siyasəti”, Nərgiz Carçıyevanın “ABŞ-ın İsrail-İran münasibətlərinə təsiri”, Rəhimə Talıblının “Cənubi Qafqaz ölkələrində gənclər siyasətinin strateji istiqamətləri (Gürcüstan və Azərbaycan nümunəsi), Aynur Əlişanova “Münaqişələrin nizamlanması prosesində beynəlxalq təşkilatların rolu: tarixi ənənələr, hüquqi əsaslar, geosiyasi reallıqlar” məqalələri yer alıb.
“Qafqazşünaslıq” elmi-nəzəri jurnalı Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyasi və tarix elmləri sahələri üzrə siyahıya daxildir. Həmçinin jurnal SAJI (Scholar Article Journal Index) və CiteFactor beynəlxalq indekslərinə daxildir. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul katibi Günel Musayevadır.