Milli Qurtuluş Günü ilə bağlı dəyirmi masa
İyunun 13-də Qafqazşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib. Toplantını elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, 1993-cü ildə baş verən hadisələri şərh edərək Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirməyindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan fəaliyyətindən bəhs edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Ramilə Dadaşova, elmi katibi Südabə Hüseynova, şöbə müdirləri Qasım Hacıyev, Vahid Ömərov, Elnur Kəlbizadə, Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.