İnstitutda xarici alimlərlə görüş keçirildi
Qarabağa həsr edilmiş VII Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edən görkəmli türk tarixçisi, Araşdırma Mərkəzi başkanı, professor İbrahim Tellioğlu, gürcü tarixçi - professorlar Roin Kavrelişvili, Otar Janelidze, Omar Ardaşelia, İosib Alimbaraşvili Qafqazşünaslıq İnstitutunda oldular. Əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaqlar tərəfindən instituta kitablar bağışlanıldı və institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qafqazşünaslıq institutunun nəşrləri olan "Qafqazşünaslıq" elmi-nəzəri jurnalı və “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” adlı kitabı hədiyyə etdi.




Bölmələr: Xəbərlər / Xəbər arxivi