28 May- Müstəqillik gününə həsr olunmuş dəyirmi masa
Qafqazşünaslıq İnstitutunda 28 May- Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib. Geniş məruzə ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən, həyata keçirilən tədbirlərdən, Cənubi Qafqaz respublikaları arasındakı münasibətlərdən, Azərbaycan-Gürcüstan əməkdaşlığından və Cümhuriyyətin süqutunun səbəblərindən danışıb. Cümhuriyyət tarixindən alınacaq ibrət dərslərini təhlil edib. Qeyd edib ki, hələ sovet sisteminin, SSRİ-nin mövcud olmasına baxmayaraq Cümhuriyyət bayrağı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ağsaqqal deputat olaraq sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmi olaraq dövlət bayrağı kimi qəbul edilib. Cümhuriyyət tarixinin öyrənilməsində Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanın əhəmiyyətini vurğulayııb. Bildirib ki, Cümhuriyyət xadimlərinin ruhları şaddır, çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli bir dövlətdir, torpaqlarını işğaldan azad edib.
Daha sonra çıxışlar olub.