Əməkdaşlıq haqqında yeni memorandum imzalandı

Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalandı. 2004-cü il martın 1-də Qazaxıstan Respublikasının Astana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" Proqramı əsas götürərək, memorandumda tərəflər qarşılıqlı fayda əsasında əməkdaşlıq niyyətlərini təsdiq etdilər və birlikdə apardıqları tədqiqatların mövzularına dair elmi ədəbiyyatı mübadilə etməyə, kitabxana və arxiv tədqiqatlarının aparılmasında bir-birinə yardım göstərməyə, elmi kadrların mübadiləsini həyata keçirməyə hazır olduqlarını bildirdilər. Sonda institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qonaqlara kitab və jurnal hədiyyə etdi.





Bölmələr: Xəbərlər / Beynəlxalq əlaqələr / Əməkdaşlıq sənədləri

Rəy bildir