Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş dəyirmi masa

Mayın 6-da AMEA Qafqazşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Giriş sözü ilə toplantını açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyevin siyasətinin başlıca prinsiplərini təhlil edərək alınacaq ibrət dərslərindən danışıb. Bu uğurlu siyasətin nəticəsi olaraq Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı mübarizənin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edib.

İnstitutun icraçı direktoru s.e.d., dosent Ramilə Dadaşova, elmi katibi  psixol.ü.f.d., dosent Südabə Hüseynova, şöbə müdirləri f.ü.f.d., dosent Vahid Ömərov, i.e.ü.f.d., dosent Liliya Mirzəzadə, Günel Musayeva, Gənc alim  və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, institutun əməkdaşı Samirə Həbibbəyli Ulu öndərin milli mənafeyə söykənən uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs ediblər.


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir