İnstitutda Elmi Şuranın iclası keçirilib
Aprelin 29-da AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. Gündəliyin birinci məsələsinə uyğun olaraq, aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Ümumi Yığıncağın yekunları barədə Elmi Şura üzvləri məlumatlandırılıblar. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, t.ü.f.d., dosent Elnur Kəlbizadə və Yeganə Baxşıyevanın müəllifi olduqları “Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində (1991-2021-ci illər)” kitabı, “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı, “Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusu çapa tövsiyə edilib. Həmçinin t.e.d. Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabı çapa tövsiyə edilib. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.