İnstitutun Elmi Şurasının iclası keçirilib
Martın 29-da Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermiş və Elmin strategiya və inkişafına dair Qafqazşünaslıq İnstitutunun təklifləri barədə məruzə edib. Sonra institutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova institutun strukturunda dəyişiklik edilməsi haqqında məruzə edib. “Tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr” şöbəsinin “Elmi tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr şöbəsi” adlandırılaraq köməkçi şöbələr sırasından çıxarılıb elmi şöbələr sırasına daxil edilməsi təklifi qəbul olunub. Həmçinin Qafqaz siyasəti şöbəsinin böyük laborantı Polad Zərbəliyevin Elmi tərcümə, nəşr və ictimaiyyətlə əlaqələr şöbəsinə korrektor vəzifəsinə keçirilməsi müzakirə edilib. Qafqaz siyasəti şöbəsinin əməkdaşı Fərahilə Babayeva-Şükürovanın 25-26 fevral 2022-ci ildə Türkiyədə (İzmir) “V Beynəlxalq İzmir” konqresində iştirakına dair hesabatı dinlənilib. Sonda bir sıra cari məsələlərə baxılıb.