İnstitutun əməkdaşı V Beynəlxalq İzmir Konqresində iştirak edib

  25-26 fevralda Qafqaz siyasəti şöbəsinin əməkdaşı Fərahilə Babayeva-Şükürova Türkiyə  Respublikasının İzmir şəhərində keçirilən V  Beynəlxalq İzmir İqtisad Konqresində iştirak edib. “Ermənistanın terror təşkilatları ilə əlaqələri” adlı məruzəsində Ermənistan dövlətinin və erməni diasporasının  maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində   fəaliyyət göstərən erməni terrorçu təşkilatlarından bəhs edilib. Konqresdə Azərbaycan, Türkiyə, İngiltərə, Hindistan, Pakistan, Yunanıstan, Bosniya-Hersoqovinadan alim və tədqiqatçılar iştirak ediblər. Sonda Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının göndərdiyi institutun elmi  nəşrləri   Təşkilat komitəsinə və Yaşar Unversitetinin kitabxanasına hədiyyə edilib.


Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir