Elm günü ilə bağlı seminar keçirildi
Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib.Giriş sözü ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilk öncə alimləri və tədqiqatçıları Elm günü münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar və Qafqazşünaslıq İnstitutunun qarşısında dayanan vəzifələr barəsində danışıb. Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Qasım Hacıyev Ermənistanda daxili siyasi vəziyyət haqqında məruzə edib. O qeyd edib ki, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyətlə bağlı ağır problemlər mövcuddur və demoqrafik böhran hökm sürür. Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov Gürcüstanda ermənilərin dağıdıcı fəaliyyətinə dair məruzə edib. Seminarda institutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva da çıxış ediblər.