Elmi Şuranın iclası keçirilib
Yanvarın 31-də Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Elmi Şurada “Şuşa ili”ndə Qafqazşünaslıq İnstitutunda görüləcək işlər, cari ilin iyun ayında keçiriləcək Qafqazşünasların III beynəlxalq forumunun məsələləri, “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransının keçirilməsi müzakirə olundu. İclasda cari məsələlərə də baxılıb.
Bölmələr: Xəbərlər / Elmi şura