Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa

Dekabrın 28-də Qafqazşünaslıq İnstitutunda videoformatda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan dəyirmi masa keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı dəyirmi masanı giriş sözləri ilə açaraq, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  Həmrəylik Günü münasibətilə əməkdaşları təbrik edib. Heydər Əliyevin  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsində, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib.

         İnstitutun elmi işlər üzrə direktor müavini, s.e.d., dosent Ramilə Dadaşova, elmi katibi  dosent Südabə Hüseynova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.e.ü.f.d., dosent Liliya Mirzəzadə, t.ü.f.d., dosent Elnur Kəlbizadə, YAP ərazi təşkilatının sədri Şərqiyyə İmaməli, Gənc alim  və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultaylarından, İkinci Qarabağ müharibəsi dövründə dünya azərbaycanlılarının  Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyindən bəhs ediblər.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir