“Qafqazşünaslıq” elmi-nəzəri jurnalı beynəlxalq indeksə daxil oldu

Qafqazşünaslıq İnstitutunun Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksinə daxil edilib. Bu, Azərbaycan ictimai elmlərindən həmin beynəlxalq indeksə daxil olan ilk elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır. Qeyd etmək lazımdır ki, elmi məqalələrin indekslənməsi müəllif hüquqlarını qoruyaraq plagiatın qarşısının alınması, məqalənin keyfiyyət dəyərinin və elmi aktuallığının müəyyən edilməsi deməkdir. Keyfiyyət dəyəri isə impakt faktor vasitəsilə beynəlxalq elm aləmində nə dərəcədə aktual olması ona istinad edilməsi ilə ölçülür.

“Qafqazşünaslıq” elmi-nəzəri jurnalı həmçinin siyasi elmlər, beynəlxalq münasibətlər və tarix elmləri üzrə Beynəlxalq Standart Seriya Nömrələri (ISSN və e-ISSN) alıb.

Bölmələr: Xəbərlər / Xəbər arxivi / E-jurnal

Rəy bildir