Qafqazşünaslıq İnstitutunun alimi Turan Elmlər Akademiyasının akademiki seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev Özbəkistan Respublikası Maxpirat adına Orta Asiya Xalqları İnstitutunun qərarı ilə “Turan” Elmlər Akademiyasının akademiki seçilib. İnstitutda keçirilən tədbir zamanı Qasım Hacıyevə “Turan” Elmlər Akademiyasının həqiqi üzvünün diplomu və döş nişanı təqdim edilib.

Qasım Hacıyev ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib. 

Dəyərli alimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.


Bölmələr: Xəbərlər

Rəy bildir