Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa
Dekabrın 10-da Qafqazşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Giriş sözü ilə toplantını açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ulu öndərin müasir Azərbaycan dövlətinin qurucusu olmasından, keçilən yoldan alınacaq ibrət dərslərindən danışıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, s.e.d., dosent Ramilə Dadaşova, elmi katibi dosent Südabə Hüseynova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.e.ü.f.d., dosent Liliya Mirzəzadə, t.ü.f.d., t.ü.f.d.,dosent Elnur Kəlbizadə, Günel Musayeva, YAP ərazi təşkilatının sədri Şərqiyyə İmaməli, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva Ümummilli Liderin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü mühüm işlərdən, iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdəki nailiyyətlərindən bəhs ediblər.