Musa Qasımlı Gürcüstanda beynəlxalq simpoziumda məruzə edib
Qafqazşünaslq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 26-28 noyabrda Tbilisidə Suxumi Dövlət Universiteti, T.C. Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türk Tarix Qurumunun rektorların, türk səfirinin, Türkiyə və Gürcüstanın görkəmli tarixçilərinin iştirakı ilə keçirdiyi “XX yüzildə türk-gürcü münasibətləri” mövzusunda beynəlxalq elmi simpoziumun açılışında çıxış edib. İlk panel iclasda “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə edib. Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidzeyə kitab hədiyyə edib. Gürcüstandakı səfirliyimizin universitetdə açdığı “Azərbaycanın dostları klubu” auditoriyasında olub.