Musa Qasımlı Moskvada keçirilən “Rusiya-Türkiyə münasibətlərinin 100 ili” movzusunda beynəlxalq elmi konfransda məruzə edib
Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı noyabrın 11-də Moskvada onlayn formatda Rusiya, Türkiyə, Bolqarıstan, İsveçrə, Gürcüstan və b. ölkələrdən alimlərin iştirak etdiyi “Rusiya-Türkiyə münasibətlərinin 100 ili” adlı beynəlxalq elmi konfransda “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair (Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxiv materialları əsasında)” mövsusunda məruzə edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Baş direktor həmçinin, beynəlxalq elmi konfransın “Moskva ve Qars müqavilələrinin dünya və regional siyasət kontekstində əhəmiyyəti” adlı bölmə iclasına sədrlik edib.