Zəfər Gününə həsr olunan dəyirmi masa
Noyabrın 4-də AMEA Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanı elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Geniş məruzə edən M.Qasımlı 44 günlük müharibəni, qələbəyə gətirən səbəbləri, nəticələrini, əhəmiyyətini təhlil edib və alınacaq dərslərdən danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmən əzildi və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil oldu.
Sonra çıxış edən İnstitutun elmi katibi p.ü.f.d., dosent Südabə Hüseynova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.e.ü.f.d., dosent Liliya Mirzəzadə, Günel Musayeva İkinci Qarabağ müharibəsində əldə olunan qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildiriblər.