Qafqazşünaslıq İnstitutu əməkdaşlarının məqalələri Gürcüstanda nəşr olunub
Qori Dövlət Tədris Universitetinin 2020-ci ildə təşkil etdiyi “Qafqazda sülh axtarışları” mövzusunda beynəlxalq elmi simpoziumun materialları çap olunub. Kitabda Qafqazşünaslıq İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması”, İnstitutun şöbə müdirləri t.ü.f.d., dosent Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft və qaz kəmərlərinə hücum cəhdi”, Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı regional sabitlik amili kimi” adlı məqalələri nəşr olunub. Kitabda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Polşadan 21 alimin məqaləsi yer alıb. Beynəlxalq konfransın Elmi Komitəsində Azərbaycandan Musa Qasımlı yer alıb.