27 sentyabr - Anım gününə həsr olunmuş dəyirmi masa
Sentyabrın 22-də Qafqazşünaslıq İnstitutunda Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Geniş məruzə edən müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı zəfərə gətirən yolu, səbəbləri, qazanılan qələbənin əhəmiyyətini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü millət, qüdrətli dövlət strategiyası, milli birlik barədə danışıb.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.ü.f.d. Liliya Mirzəzadə, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələrindən bəhs ediblər.