İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
Sentyabrın 17-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi şurasının video formatında növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda AMEA Rəyasət Heyətinin qərarları ilə Elmi Şura üzvləri tanış edilib.
Şura iclasında İnstitutun 23 sentyabr 2021-ci il tarixində keçirəcəyi “Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa bəyannaməsinə” mövzusunda respublika elmi konfransına dair təşkilatı məsələlər, materiallarının çapı müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasda cari məsələlərə də baxılıb.