I Beynəlxalq Qarabağ “Sosial və humanitar elmlərdə müasir araşdırmalar konqresi” keçirildi

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu” (İKSAD) hər il Ermənistan istisna olmaqla Türkiyədə və dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar və simpoziumlar təşkil edir.

Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmtəşkilatçılığı ilə 17-21 iyun 2021-ci il I Beynəlxalq Qarabağ “Sosial və humanitar elmlərdə müasir araşdırmalar konqresi” (Karabağ Uluslararası Sosyal ve Beşeri Bilimlerde Modern Araştırmalar Kongresi) keçirilib.

       Qafqazşünaslıq institutunun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı konqresin plenar iclasında çıxış edib. Seksiya iclaslarında elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova “Prezident İlham Əliyevin xarici informasiya nümayəndələri ilə  müsahibələrinin Vətən müharibəsində qələbədə rolu”, elmi katib psixol.ü.f.d., dosent Sudabə Hüseynova “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində erməni kilsəsinin rolu”, t.e.d. Qasım Hacıyev “Prezident İlham Əliyevin fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi daim prioritet olmuşdur”, f.ü.f.d., dosent Vahid Ömərov “Qarabağda yaranmış yeni geosiyasi şərait və Gürcüstan”, i.ü.f.d. Liliya Mirzəzadə “Beynəlxalq münaqişələrin həllində nəzəri yanaşma (Azərbaycan nümunəsində)”, t.ü.f.d., dosent Elnur Kəlbizadə “İran İslam Respublikasının Qafqazşünaslıq mərkəzləri və ermənilər”, Günel Musayeva “Ermənistanın terror siyasəti planlarında Azərbaycanın neft-qaz kəmərləri”, Samirə Həbibbəyli “Qarabağ münaqişəsinə münasibətdə Gürcüstanın mövqeyi”, Günay Feyziyeva “Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi və enerji təhlükəsizliyi”, Yeganə Baxşiyeva “Azərbaycan Respublikasının işğaldan azad olunan su hövzələri”, Naziyə Məmmədova “Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və  Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları”, Aynur Əzimzadə “Ermənistandan yezidilərin “gizli deportasiya”sı siyasəti və nəticələri”, Şərqiyyə İmaməli “Ermənistandan azərbaycanlıların deportasiyası və müasir dövrdə Ermənistanda demoqrafik şərait”, Günel Qurbanova “İkinci Qarabağ müharibəsində region dövlətlərinin mövqeyi”, Fərahilə Babayeva-Şükürova “Şuşa şəhəri I vitse-prezident Mehriban Əliyevanın nitqlərində və çıxışlarında”, Nigar Mustafayeva “Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır”, Badam Ağazadə “Heydər Əliyev və Qafqaz evi ideyası”, Kamal Salayev “Dağlıq Qarabağ ərazisindəki tarixi abidələrin ermənilər tərəfindən  oğurlanması” adlı məruzələrlə çıxış ediblər.



Bölmələr: Xəbərlər / Simpoziumlar / Xəbər arxivi

Rəy bildir