Beynəlxalq Ailə Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Qafqazşünaslıq İnstitutu Qadınlar Təşkilatının təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə gününə həsr olunmuş dəyirmi masa keçirilib. Giriş sözü ilə çıxış edən institutun Qadınlar Təşkilatının sədri Günel Musayeva pandemiya və post-müharibə dövründə ailələrin mövcud vəziyyətindən danışıb. Qeyd edib ki, dövlətimizdə ailə institutunun qorunması və inkişafı prioritet məsələlərdən biridir. Buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. O, pandemiya və post-müharibə dövründə problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıb. İnstitutun elmi katibi, p.ü.f.d., dosent Südabə Hüseynova “Ailədaxili münaqişələrin uşaqlarda yaratdığı psixoloji problemlər”, Yeganə Baxşıyeva “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin sağlam təməllərinin əsasıdır”, Fərahilə Babayeva “ Erməni terroru qurbanı olmuş Azərbaycan ailələri”, Nigar Mustafayeva “Ölkəmizin tərəqqisində Ailə rifahının rolu” mövzularında məruzələr ediblər.