Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa

Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü  münasibətilə mayın 6-da  AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib. Giriş sözü ilə toplantını açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ulu öndər Heydər Əliyevin millət və dövlət naminə müstəsna xidmətlərindən danışıb.   Bildirib ki, 2003-cü ildən sonra   biz ilk dəfə olaraq bu günü qalib millət və qalib dövlət olaraq qeyd edirik. 

Sonra İnstitutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, elmi katib dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim  və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva  Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində həm daxili, həm xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir