AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Tbilisidə keçirilən beynəlxalq forumda məruzə edib

Gürcü alimləri:   “Regionda böyük hadisə baş verib. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Qarabağda qazanılan qələbə əhəmiyyətinə görə Azərbaycan Respublikasının sərhədlərini aşaraq beynəlxalq hüququ bərpa edib, separatizmə zərbə endirib və Gürcüstana da yol göstərir”.

         Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı görkəmli gürcü tarixçisi, professor Quram Marxuliyanın rəhbərliyi ilə Suxumi Dövlət Universitetində təşkil edilən, Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, İsrail alimlərinin iştirak etdiyi “Abxaziya – Gürcüstandır!” mövzusunda keçirilən onlayn forumda  “Tarixdən günümüzə Gürcüstanın dövlət müstəqilliyinə təhdidlər və Azərbaycan: müqayisəli təhlil” adlı məruzəsində 1918-1920-ci illərdə və 1991-ci ildən sonra Gürcüstanın dövlət müstəqilliyinə qarşı erməni təşkilatları və Ermənistanın fəaliyyətini Azərbaycan dövlətinin və Gürcüstanda yaşayan azərbaycanlıların  mövqeyi ilə tarixi fakt və mənbələr əsasında müqayisəli təhlil edib. Çıxış edən gürcü alimləri bildiriblər ki, regionda böyük hadisə baş verib. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Qarabağda qazanılan qələbə əhəmiyyətinə görə Azərbaycan Respublikasının sərhədlərini aşaraq beynəlxalq hüququ bərpa edib, separatizmə zərbə endirib və Gürcüstana da yol göstərir.

Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir