31 mart – azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa
Qafqazşünaslıq İnstitutunda 31 mart – azərbaycanlıların soyqırımı gününə həsr edilmiş videoformatda dəyirmi masa keçirilib. Toplantını institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Məruzəsində 1918-ci ilin mart-aprel aylarında törədilən qanlı hadisələrin səbəbləri, üsulları və nəticələrindən bəhs edən M.Qasımlı bolşevik və daşnakların planlı şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini söyləyib. İlk dəfə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verildiyi, ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən danışıb. Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, elmi katib, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva soyqırımının təfərrüatlarından bəhs ediblər.