“Elm günü” münasibəti ilə onlayn toplantı keçirilib
“Elm günü” münasibəti ilə AMEA Qafqazşünaslıq İnstitutu əməkdaşlarının elmi əsərlərinin onlayn sərgisi və 2020-ci ildəki çap işlərinin təqdimatı keçirilib. Təqdimat mərasimini giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açaraq Qafqazşünaslıq İnstitutunun ötən ildəki elmi və elmi-təşkilatı fəaliyyəti haqqında geniş məlumat verib. Toplantıda həmçinin akademiyanın bəzi institutlarının əməkdaşları, AMEA Naxçıvan Bölməsinin alimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.