Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi

 anılıb


       AMEA Qafqazşünaslıq İnstitutunda işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım toplantısı keçirilib. Toplantını İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İlk öncə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı həqiqətlərindən danışan Musa Qasımlı, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümumilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə cənab Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.  Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Xocalı soyqırımının beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi  Beynəlxalq Məhkəmə tərəfindən tanınmasının zərurətindən danışıb. Anım toplantısında həmçinin institutun elmi katibi, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim  və müəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar İttifaqının sədri Yeganə Baxşıyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar. 

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir