İnstitutun Həmkarlar Təşkilatının yeni sədri seçilmişdir
AMEA Qafqazşünaslıq İnstitutunun Həmkarlar Təşkilatının yenidən formalaşdırılması ilə bağlı Qafqazşünaslıq İnstitutunda onlayn iclas keçirildi. İclasa sədrlik edən İnstitutun elmi katibi Südabə Hüseynova qeyd etdi ki, Həmkarlar Təşkilatının keçmiş sədri Aynur Əliyevanın Rəyasət Heyətində işə başlaması və sədrlik işindən azad olunması ilə əlaqədar olaraq sədr vəzifəsinə yeni seçkilər keçirilməlidir. İclasda İnstitut əməkdaşlarının səsvermə prosesi nəticəsində Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Ürfan qızı Baxşıyeva Həmkarlar Təşkilatının yeni sədri seçildi. İnstitutun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi Aynur Əzimzadə sədr müavini, həmin şöbənin baş mütəxəssisi Şərqiyyə İmaməli katib, Qafqaz siyasəti şöbəsinin baş mütəxəssisi Fərahilə Babayeva-Şükürova və Şimali Qafqaz şöbəsinin kiçik elmi işçisi Şahnaz Məmmədova büro üzvləri seçildilər.