AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə hesabatı keçirilib
2020-ci il 24 dekabr tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə hesabatı keçirilib. Hesabat zamanı İctimai bölmədən beş institutun hesabatı dinlənilib. Qafqazşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və şuranın üzvlərinin iştirak etdiyi online formatda keçirilən illik hesabatda İnstitutun gənc alimlərinin pandemiya dövründə və Vətən müharibəsi zamanı yerli və beynəlxalq səviyyədə nəşriyyat fəaliyyətləri, onların əsərlərinə xaricdəki alimlər tərəfindən istinadlar edilməsi, respublika və beynəlxalq konfranslarda iştirak, KİV-də təbliğat işlərinin aparılması, sertifikat və fəxri fərmanla təltif edilmələri və ümumilikdə aktiv fəaliyyətləri təqdirəlayiq hesab edilib.
Bölmələr: Xəbərlər