Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib
Dekabrın 23-də AMEA Qafqazşünaslıq İnstitutu Elmi şurasının video formatında növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda institutun növbəti beş il (2021-2025-ci illər) üçün elmi-tədqiqat mövzuları geniş müzakirə olunduqdan sonra təsdiq edilib. Eyni zamanda növbəti ildə xarici ölkələrdə dərc ediləcək elmi məqalələrə dair planlara və bir sıra cari məsələlərə baxılıb.
Bölmələr: Xəbərlər / Elmi şura