AZƏRBAYCAN ALİMİ ABŞ-da NƏŞR EDİLƏN KİTABIN BİR HİSSƏSİNİ YAZIB

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ABŞ-ın Cənubi Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti tərəfindən yaxınlarda nəşr edilmiş və redaktorları professorlar Ə.Əskərov, S.Bruks və L.Çantuaridze olan “The Post-Soviet Conflicts: The Thirty Years’ Crisis” (Post sovet münaqişələri: otuz illik böhranlar” (Lexington Books, 2020. 398 pages. ISBN-10:1498596541. ISBN-13:978-1498596541) kitabının “Xəzər mübahisəsi” adlanan hissəsini (səh.243-259) yazıb.
Müəllif mötəbər arxiv mənbələri əsasında Xəzər dənizinin hüquqi statusu məsələsinin meydana çıxması, ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən proseslər, Xəzəryanı dövlətlərin mövqeləri, Xəzərdə münaqişə və b. məsələləri təhlil edib. Kitabda Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, gedişi və nəticələri Cənubi Karolina Universitetinin professoru Ə.Əskərovun yazdığı “Dağlıq Qarabağ münaqişəsi: sovetlərin sonunun başlanğıcı” adlı hissəsində araşdırılıb.

Kitabı aşağıdakı linkdən əldə edə bilərsiniz: 

https://www.amazon.com/Post-Soviet-Conflicts-Thirty-Years-Crisis/dp/1498596541 
Bölmələr: Xəbərlər / Kitablar / Beynəlxalq əlaqələr

Rəy bildir