AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Moskva Universitetinin Xəbərləri”ndə məqaləsi dərc edilib


AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Birinci Dünya müharibəsindən sonra Antanta dövlətlərinin siyasəti və Rusiya-Türkiyə yaxınlaşması” adlı məqaləsi Rusiyanın nüfuzlu elmi nəşrlərindən olan “Moskva Universitetinin Xəbərləri” jurnalının Siyasi elmlər seriyası üzrə üçüncü nömrəsində dərc edilib. Rusiya və digər xarici ölkələrin arxivlərində saxlanılan mötəbər məxfi sənədlər əsasında yazılmış məqalədə Birinci Dünya müharibəsindən sonrakı illərdə bolşevik Rusiyası və Türkiyənin yaxınlaşmasının səbəbləri, Daşnak və Sovet Ermənistanının Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərini pozmaq cəhdləri araşdırılıb. 
Qeyd etmək lazımdır ki, 1946-cı ildən etibarən dərc edilən “Moskva Universitetinin Xəbərləri” jurnalının redaksiya şurasına Rusiya, Almaniya, ABŞ, Koreya, Polşa, Çin, Belçika, Kanada, Avstriya, Yaponiya və Böyük Britaniyadan olan nüfuzlu alimlər daxildir. 
Bölmələr: Xəbərlər

Rəy bildir