AMEA Qafqazşünaslıq İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

AMEA Qafqazşünaslıq İnstitutunun azsaylı kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrinin Yardım Fonduna 2040 manat vəsait köçürüb. İnstitutdan verilən məlumatda bildirilir ki, ordumuzun Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Ali Baş Komandanlığı ilə zəfərlər qazandığı günlərdə qafqazşünas alimlər dövlətimizin qarşıya qoyacağı istənilən tapşırığın icrasına, o cümlədən əldə silah Vətənin müdafiəsinə hazır olduqlarını bəyan edirlər.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının rəhbərlik etdiyi institutun kollektivi yaxın günlərdə həmçinin könüllü şəkildə qan verəcəklər. 

Bölmələr: Xəbərlər

Rəy bildir