Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovaya elmlər doktoru elmi dərəcəsi verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 iyun 2020-ci il tarixli qərarı ilə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini  Ramilə Dadaşovaya siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi verilib və iyulun 24-də elmlər doktoru diplomu təqdim edilib.
Qeyd edək ki, Ramilə Dadaşova 2006-cı ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Regional münaqişələrin həlli kontekstində BMT-də islahatların zəruriliyi (Cənubi Qafqaz timsalında)” adlı dissertasiya işini 2018-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdindəki BD 02.101 Dissertasiya Şurasında müdafiə edərək, 5901.01 - Beynəlxalq münasibətlər ixtisasında siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əməkdaşımızı bu münasibətlə təbrik edirik.


Bölmələr: Xəbərlər

Rəy bildir