AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşının əsərləri yüksək indeksli bazalara daxil olan jurnallarda dərc edilib

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin Çilidə nəşr edilən və nüfuzlu Web of Science bazasına daxil olan “Revista İnclusiones” jurnalında məqaləsi dərc edilib.  “1998-2008-ci illərdə Ermənistan-İran əlaqələrinin geosiyasi və regional təhlili” adlanan məqalə jurnalın 2020-ci ildə nəşr olunan 7-ci (İyul-Sentyabr) nömrəsinə daxil edilib. Məqalənin giriş hissəsində Levon Ter-Petrosyanın hakimiyyəti illərində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal etməsindən, işğalın təkcə iki dövlət üçün deyil, bütün region dövlətlərinin, o cümlədən İran İslam Respublikasının təhlükəsizliyi üçün təhdid olmasından bəhs edib. Məqalədə 1998-2008-ci illərdə Ermənistan-İran əlaqələrinin əsas istiqamətləri, iki dövlət arasında imzalanan müqavilələrinin mahiyyəti müayisəli təhlil edilib.
Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal Web of Science bazasından əlavə 38 elmi qurum və univesitetin bazalarına daxildir. Bu elmi bazalar sırasında dünyanın nüfuzlu Princeton, Stanford, Wroclawski, Saskatchewan universitetlərinin də adı var. 
Müəllifin digər bir məqaləsi isə Vyanada Avstriya Humanitar və Sosial Elmlər Jurnalının may-iyun ayına olan 5-6-cı nömrəsində dərc edilib. İndex Copernicus bazasına daxil olan bu jurnal qlobal impakt faktora malikdir.  
 “1991-ci ildən sonra İran İslam Respublikasının Ermənistan siyasəti: geosiyasi şərtlər və reallıqlar” adlanan məqalədə iki ölkə arasında münasibətlərin əsas xüsusiyyətləri ayrı-ayrı mərhələlər üzrə müqayisəli təhlil edilib. Məqalənin nəticə hissəsində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın İran İslam Respublikasının regiondakı maraqlarına qarşı mövqeyi, iki ölkə arasında təklif olunan bəzi layihələrin perspektivsizliyi əsaslandırılıb və İran üçün alternativlərin nədən ibarət olması məsələsinə toxunulub. 
Qeyd edək ki, gənc tədqiqatçı hazırda AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi məsləhətçiliyi ilə siyasi elmlər doktorluğu dissertasiyası üzərində işləyir. 

 “Revista İnclusiones” jurnalında dərc edilmiş məqaləni aşağıdakı linkdən yükləyərək oxuya bilərsiniz:
Скачать файл: 37-vol-7-num-especal-futuroasa-juloseptembreee2020revnclusoo-web-of-science.pdf [1020.2 Kb] (cкачиваний: 32)
Посмотреть онлайн файл: 37-vol-7-num-especal-futuroasa-juloseptembreee2020revnclusoo-web-of-science.pdf


Bölmələr: Xəbərlər

Rəy bildir