Beynəlxalq münasibətlər üzrə Elmi Şuranın növbəti iclası keçirilib
İyulun 15-də Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Beynəlxalq münasibətlər üzrə Elmi Şurasının video formatında növbəti iclası keçirilib. İclası Şuranın sədri, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Hər bir tədqiqatçının təqdimatından sonra müvafiq dissertasiya işinin mövzusu geniş müzakirə edilib. Ümumilikdə 39 nəfərin iştirak etdiyi və 5 saata yaxın davam edən iclasda 4 elmlər doktoru, 22 fəlsəfə doktoru dissertasiyası işinin mövzusu təsdiq olunub.



Bölmələr: Xəbərlər / Xəbər arxivi