Qafqazşünaslıq İnstitutu əməkdaşlarının dissertasiya işlərinin müzakirəsi uğurla keçib
İyulun 6-da Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi rəhbərliyi ilə institut əməkdaşları, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dissertantı Günel Musayeva və doktorantı Günay Feyziyevanın yerinə yetirdikləri dissertasiya işlərinin ikinci müzakirəsi onlayn şəkildə təşkil edilmişdir. Müzakirə DİA-nın Tarix, Beynəlxalq münasibətlər və xarici siyasət kafedralarının professor-müəllim heyətinin iştirakı, Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın sədrliyi ilə keçirilmişdir. Müzakirələrdə Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov da iştirak etmişdir.
İclasın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova müzakirə iştirakçılarının diqqətinə çatdırmışdır ki, Qafqazşünaslıq İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri, dissertant Günel Musayevanın mövzusu "Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2013-cü illər)", Şimali Qafqaz şöbəsinin elmi işçisi, doktorant Günay Feyziyevanın mövzusu isə "Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycan Respublikasının yeri və rolu" adlanır. İddiaçılar çıxış edərək dissertasiya işləri barədə məlumat vermişlər.
Dissertant Günel Musayevanın müəllifi olduğu dissertasiya işi barədə t.e.d. Şəfi Yaqizarov, s.e.ü.f.d., dosent Nafilə Rəhimova, t.ü.f.d., dosent Çingiz Məmmədov və s.e.ü.f.d. Afət Güləliyevanın, doktorant Günay Feyziyevanın müəllifi olduğu dissertasiya işi barədə isə s.e.ü.f.d., dosent Samir Həmidov, s.e.ü.f.d. Nəsrin Süleymanova və s.e.ü.f.d. Rəşad Məhərrəmovun rəyləri müzakirə iştirakçılarının diqqətinə çatdırılıb. İddiaçılar rəylərdə qeyd olunan və müzakirə iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.
Hər iki dissertasiya işi müdafiəyə buraxılması üçün tövsiyə olunmuşdur. Əməkdaşlarımızı bu münasibətlə təbrik edirik.

Bölmələr: Xəbərlər / Dissertasiya şurası