AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşları 6-cı Beynəlxalq Avrasiya Zirvəsi Konqresində məruzə ediblər
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və şöbənin elmi işçisi Yeganə Baxşıyeva 18-20 may 2020-ci il tarixlərində Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Avrasiya Zirvəsi Konqresində iştirak ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Meksikanın müxtəlif elm və ali təhsil müəssisələrindən 190-a yaxın alim və tədqiqatçının qatıldığı Konqresin may ayının 20-də online keçirilən bölmə iclaslarından birinə t.ü.f.d. Elnur Kəlbizadə sədrlik edib.
Konqresdə E.Kəlbizadə “Siyasi elmlərdə dövlətlərarası münasibətlərin dinamikasını müəyyənləşdirən indikatorların tətbiqi (Ermənistan-İran münasibətləri nümunəsində)”, şöbə əməkdaşı Y.Baxşıyeva isə "Azərbaycanın Qafqaz regionunda hidroloji problemləri" mövzusunda çıxış ediblər.

Bölmələr: Xəbərlər / Konfranslar